Sumqayıt Dövlət Rəsm Qalereyasında 1 iyun - Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə Nizami Gəncəvi adına kitabxana-klubun nəzdində fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin rəsmlərindən ibarət sərgi keçirilib. “Uşaq ədəbiyyatı rəssam balaların gözü ilə” adlı sərgidə 30-dək əl işi nümayiş olunub.
Tədbirdə çıxış edən Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov uşaqları bayram münasibətilə təbrik edib. O, balaca istedadların əl işlərini yüksək qiymətləndirərək belə tədbirlərin davamlı olmasının vacibliyini vurğulayıb.
Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova da balacalara təbriklərini çatdırıb, qalereyanın qapılarının hər zaman onların üzünə açıq olduğunu deyib.
Tədbirdə S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin oxucularının nümayiş etdirdiyi kompozisiyalar, Mərkəzi uşaq kitabxanasının oxucularının ifasında səslənən şeirlər alqışlarla qarşılanıb.
C.Cabbarl adına mədəniyyət evinin solisti Pənah Məmmədovun ifasında şən mahnılar, “Turan” rəqs qrupunun təqdim etdiyi milli rəqslər tədbiri daha da rövnəqləndirib, İntizab Bayramovun illüziya nömrələri balacaların marağına səbəb olub.
Şəhər Mədəniyyət evi də bayram münasibətilə tədbir keçirib. Tədbirdə uşaqlar üçün “Tənbəl Əhməd” səhnəciyi, bir-birindən maraqlı illüziyalar, mahnı və rəqslər nümayiş olunub. Mədəniyyət evinin solistləri, bədii qiraət dərnəyinin üzvləri çıxış ediblər, rəsm kursunun üzvlərinin əl işləri, eləcə də uşaq ədəbiyyatı nümunələri sərgilənib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar