2016-2017-ci illərdə italiyalı ekspertlərlə birgə “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı tvinninq layihəsi həyata keçirilir.
İyulun 7-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüqar Zeynalov layihənin yerli müşaviri Alessandro Bianki və ekspertləri Miçela Diodato, Elisa Petruçi ilə görüşüb.
Görüşdə layihə ilə bağlı müzakirələr aparılıb. İdarə rəisi layihənin əhəmiyyətini yüksək qiymətləndirib, onun uğurla həyata keçirilməsinin mədəniyyət sahəsinin idarə edilməsi və mədəni irsin qorunmasında qabaqcıl təcrübə mübadiləsinə zəmin yaradacağı vurğulanıb.
Qeyd edək ki, Avropa Komissiyası ilə razılaşdırılmış layihə mədəniyyətin müxtəlif sahələrində idarəetmə sisteminin daha da təkmilləşdirilməsinə yönəlib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar