Bir əsrin yetmiş ilini arxada qoydu. Bu illərə acılı-şirinli həyat tarixçələri sığdırdı. Yazıb-yaratdı. Onun şeirləri ilə neçə-neçə gənc ilk sevdanı daddı. Hər yazısı milli ruha, mənəvi dəyərlərə həsr olundu.
Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində Xalq şairi Sabir Rüstəmxanlının 70 illiyinə həsr edilmiş yubiley tədbirində də bu sözlər dilə gəldi. Tədbirin aparıcısı mərkəzin İnformasiya-kommunikasiya və elmi-təminat şöbəsinin müdiri Rəfiqə Nəsirova idi.
Mərkəzin direktoru Ramazan Şabanovun açılış nitqindən sonra yubilyarın həyat və yaradıcılığı barədə çıxışlar oldu. Tədbirə Xalq artisti Nurəddin Mehdixanlı, Akademik Milli Dram Teatrının aktyoru Mətləb Abdullayev, muğam müsabiqəsinin qalibi Nisbət Sədrayeva qatılmışdı. Xalq şairinin nurundan pay alan aktyorlar Orxan və Hikmət Ağaxanoğlunun tar və kamançada müşayiəti ilə iştirakçılara doyumsuz poeziya dəqiqələri yaşatdılar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar