Birgə layihə əsasında “Dərbənd xalçaçılığı: mədəniyyətlərin müştərək tarixi” kitabı ərsəyə gəlib

İyunun 3-də Dərbənd Tarixi-Memarlıq Bədii Muzey Qoruğunda Azərbaycan və Dağıstan alimlərinin görüşü keçirilib. Görüşdə AMEA, “Azər-İlmə” Xalçaçılıq Mərkəzi və Rusiya EA Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun birgə həyata keçirdiyi “Dərbənd xalçaçılığı” fundamental elmi layihəsinin nəticələri müzakirə edilib.
Layihənin rəhbəri və təşəbbüskarı, “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin direktoru, Əməkdar incəsənət xadimi, professor Vidadi Muradov çıxış edərək tədbir iştirakçılarını görülən işlər, aparılan ekspedisiya-çöl tədqiqatları haqqında məlumatlandırıb. Diqqətə çatdırılıb ki, layihənin nəticələri “Dərbənd xalçaçılığı: mədəniyyətlərin müştərək tarixi” («Derbentskoe kovrotkaçestvo: soistoriə kulğtur») kitabında əksini tapıb. Kitaba Dərbəndin xalçaçılıq ənənələrindən bəhs edən materiallarla yanaşı, bu qədim şəhərin tarixinə, etno-mədəni mühitinə, burada inkişaf etmiş ayrı-ayrı sənət sahələrinə dair maraqlı oçerklər, arxiv materialları, fotoşəkillər də daxil edilib. Layihə çərçivəsində Rusiyanın müxtəlif muzeylərində qorunan Dərbənd xalçaları da tədqiqata cəlb olunub.
Dağıstan Elmi Mərkəzi Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru tarix elmləri namizədi Mahaç Musayev, tarix elmləri doktorları Camal Mustafayev, Məhəmmədxan Məhəmmədxanov, Nazim Məhəmmədov, filologiya elmləri doktoru Tehran Alışanlı, Dərbənd Tarixi-Memarlıq Bədii Muzey Qoruğunun direktoru Əli İbrahimov və digərləri öz çıxışlarında layihəni Azərbaycan və Dağıstan alimlərinin ilk birgə nailiyyəti kimi yüksək dəyərləndiriblər. Görüşdə “Dərbənd xalçaçılığı: mədəniyyətlərin müştərək tarixi” kitabının siqnal buraxılışına dair rəy və təkliflər də səsləndirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar