Azərbaycanın Avstraliyadakı səfirliyinin təşəbbüsü ilə yaradılmış “Viktoriya” Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Melburn şəhərində “Azərbaycan evi” açılıb. Tədbirdə Viktoriya ştatının rəsmiləri, Melburn şəhərində yaşayan və təhsil alan həmvətənlərimiz iştirak ediblər.

Ölkəmizin Avstraliyadakı səfiri Rövşən Cəmşidov “Azərbaycan evi”nin məhsuldar fəaliyyət göstərəcəyinə, tarix və mədəniyyətimizin təbliğinə və Viktoriya ştatında yaşayan Azərbaycan diasporu nümayəndələrinin bir araya toplanmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.
Viktoriya ştatının multikulturalizm məsələləri üzrə naziri R.Skot, Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Alan Qriffin və digər çıxış edənlər əlamətdar hadisə münasibətilə Melburn şəhərində yaşayan həmvətənlərimizi təbrik ediblər. Vurğulanıb ki, iki yüzdən çox millətin nümayəndələrinin yaşadığı Melburn şəhərində “Azərbaycan evi”nin açılması şəhərin çoxmədəniyyətli simasına öz töhfəsini verəcək.
Tədbirdə Azərbaycana dair videoçarxlar nümayiş etdirilib, milli mətbəx nümunələri, şirniyyatlar təqdim olunub.
Tədbir zamanı “Viktoriya” Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbər heyəti seçilib. Melburn şəhərində yaşayan gənc azərbaycanlı, Viktoriya ştatının Xəzinə və Maliyyə Nazirliyinin əməkdaşı Rəşad Həsənov təşkilatın rəhbəri seçilib.
“Azərbaycan evi”nin yerləşdiyi inzibati sahə ötən əsrin 90-cı illərində respublikamızdan Avstraliyaya köçmüş iş adamı Aleksandr Zemlinski tərəfindən “Viktoriya” Azərbaycan Mədəniyyət Assosiasiyasına təmənnasız verilib.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar