Kitaba marağın təbliği ilə bağlı müxtəlif layihələr həyata keçirən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası iyunun 10-da paytaxtdakı Mikayıl Müşfiq parkında “Gənclər mütaliə edir” adlı kitab sərgisi keçirdi.
Tədbirə Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova, Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Dövlət Universitetinin tələbələri, Yasamal rayonunun bir sıra orta məktəblərinin şagirdləri, şəhər sakinləri qatılmışdı.
Kitabxananın direktoru Tahir Sadıqov bildirdi ki, tədbiri keçirməkdə məqsəd gənclərdə mütaliəyə maraq yaratmaqdır. Məlumdur ki, mədəni-kütləvi tədbirlərin keçirilməsi gənclərin dünyagörüşünün formalaşmasına yardımçı olur. Gənclərin mütaliə mədəniyyətinin inkişaf etdirilməsi də bu baxımdan böyük əhəmiyyət kəsb edir. Direktor onu da qeyd etdi ki, nümayiş olunan kitablar sərginin sonunda tədbir iştirakçılarına hədiyyə olunacaq.
Tədbirdə tarix, ədəbiyyat, musiqi, teatr, iqtisadiyyat və siyasətə dair guşələrdə 500-dən çox kitab və jurnal nüsxələri sərgilənmişdi. Sonda hər kəs öz maraq dairəsinə uyğun kitablar alaraq sərgidən məmnunluqla ayrıldı.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar