Fransanın Strasburq şəhərində Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin 5-ci iclası keçirilir. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edir.

İclasda Avropa Şurasının müvafiq sahələr üzrə konvensiyalarının icrası, 2017-2018-ci illərə dair proqram nəzərdən keçirilib, habelə növbəti iclasadək Rəhbər Komitənin sədri və büro üzvləri seçilib. Azərbaycanın öncəki illərdə bu büroya iki dəfə seçildiyi nəzərə alınaraq, nümayəndə heyəti büroya regiondan Gürcüstanın namizədliyini təklif edib.
İclas zamanı həmçinin Avropa mədəni marşrutlarına dair təqdimat keçirilib, Avropa Şurası Nazirlər Komitəsi tərəfindən təqdim olunan tövsiyələr və mədəni irsin qeyri-qanuni dövriyyəsinə dair hazırlanacaq yeni konvensiya müzakirə olunub. Azərbaycan tərəfi çıxış edərək, qeyd olunan konvensiyanı dəstəklədiyini bildirib.
Müasir zamanda yeni texnologiyaların mədəniyyətə təsiri mövzusuna dair müzakirələrə də iclasda mühüm yer ayrılıb. Xatırladaq ki, “Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma konfransı” 2014-cü ildə Bakıda keçirilib. Bununla bağlı Rəhbər Komitə Azərbaycan hökumətinə təşəkkür edib və üçüncü platforma görüşünün bu il sentyabr ayında Estoniyanın Tallinn şəhərində təşkil olunacağı bildirilib. Həmçinin Avropa Şurasının dəstəyi ilə yaradılan “Compendium” və “HEREİN” internet platformaları haqqında müvafiq ekspertlər tərəfindən məlumat verilib və son bir il ərzində tətbiq edilən yeniliklər təqdim olunub.
Azərbaycan nümayəndə heyəti Belçikanın Valloniya bölgəsinin mədəni irs üzrə naziri Maksim Prevo, Avropa Şurasının demokratik idarəetmə şöbəsinin direktoru Klaudia Luçiani və digərləri ilə görüşlər keçirib.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar