Dünyanın ən həyəcanlı avtomobil yarışının milyonlarla həvəskarının diqqəti üç gün ərzində Bakıda olacaq

İyunun 17-də Bakıda “Formula 1” üzrə dünya çempionatının səkkizinci - Avropa Qran-pri yarışlarına start veriləcək. “Formula 1” dünyanın sürətli, eyni zamanda ən həyəcanlı avtomobil yarışmasıdır.

Hər biri iki pilotla təmsil olunan 10 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı şəhər halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar.
Nadir xüsusiyyətlərə sahib Bakı şəhər halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun Dünya mədəni irs siyahısına daxil olan İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görəcəklər.
Layihənin müəllifi bütün müasir “Formula 1” treklərinin memarı olan Herman Tilkedir.
Bakı şəhər halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqamı qarşıya məqsəd qoyublar. Bundan başqa, trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətində olacaq. Ümumilikdə 30 minə yaxın tamaşaçı yarışı tribunalardan canlı izləyə biləcək.
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edəcək.
Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.
Qran-prinin birinci günündə “Formula 1” və GP2 seriyası üzrə sərbəst yürüşlər təşkil olunacaq. İyunun 18-də “Formula 1” üzrə sərbəst və sıralama yürüşü, GP2 üzrə isə birinci yarış keçiriləcək.
Nəhayət, sonuncu gün - iyunun 19-da Avropa Qran-pri yarışları, həmçinin GP2 üzrə ikinci yürüş baş tutacaq.
* * *
“Formula 1” Avropa Qran-prisində komandaların istifadə edəcəyi avadanlıqlar xüsusi konteynerlərlə Bakıya gətirilib. Bu konteynerlər elə dizayn olunub ki, minimal yer tutur və daxilində olan yükləri yüksək titrəmələrə və ya digər xarici təsirlərə qarşı qoruyur. Bu konteynerlərin bir başqa xüsusiyyəti də odur ki, onları 6-8 saat ərzində doldurmaq və boşaltmaq mümkündür.
Eyni zamanda, Monakodan birbaşa Bakıya göndərilən və Avropa Qran-prisinə dəstək məqsədilə keçiriləcək GP2 seriya yarışlarında iştirak edəcək 12 komandanın avtomobili və bütün lazımi avadanlığı artıq Paddok ərazisinə gəlib çatıb. GP2 seriyalı yarışda mübarizə aparacaq 22 pilot artıq Bakıdadır. Sürücülər avadanlığını onlar üçün ayrılmış müvafiq qarajlara yerləşdiriblər.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar