Qırğızıstanın Çolpon-Ata şəhərində “Birlik uşaqları” Beynəlxalq Mədəni-Maarif Forumu keçirilir. Forumda Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Belarus, Rusiya, Tacikistan və digər ölkələrdən uşaqlar iştirak edir.
Qırğızıstan parlamentinin - Joqorku Keneşin sədri Çınıbay Tursunbekov və MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Aleksey Sergeyev uşaqlarla görüşüb, onların istirahəti ilə maraqlanıblar.
Forum çərçivəsində keçirilən müsabiqə, viktorina, dəyirmi masa və digər tədbirlərdə MDB ölkələrindən gələn uşaqlar həmyaşıdlarına yaşadıqları ölkələrin tarixi, mədəniyyəti, ədəbiyyatı haqqında məlumat verib, intellektual oyunlarda iştirak edib, təmsil etdikləri xalqların mahnılarını oxuyublar.
Yeniyetmələr öz xalqlarının milli mətbəxini təqdim edib, suvenirlər hazırlanması üzrə ustad dərsləri keçirib, müxtəlif idman yarışlarında iştirak ediblər.
Böyük qırğız yazıçısı Çingiz Aytmatovun Bişkekdəki ev-muzeyini ziyarət edən uşaqlara ədibin həyat və yaradıcılığı haqqında məlumat verilib.
Forum iyunun 22-də başa çatacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar