BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq müzakirə edilib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai ilə görüşüb.

Görüşdə BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyi ilə Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlıq haqqında müzakirələr və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, 15 sentyabr 2015-ci il tarixində BMT-nin Davamlı İnkişaf Sammitində qəbul olunmuş "Yeni Dayanıqlı İnkişaf Gündəliyi - 2030" çərçivəsində BMT-nin institutları ilə sıx əməkdaşlıq əlaqələri qurulması imkanları genişdir və bu əməkdaşlıq üçün Azərbaycanda lazımi resurslar mövcuddur.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Q.İsakzai öz növbəsində 25-27 aprel 2016-cı il tarixində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yüksək səviyyədə təşkil olunması ilə bağlı Azərbaycan tərəfini təbrik edib. Nümayəndə forumun BMT ilə Azərbaycan arasında əməkdaşlığa töhfə verəcəyini bildirib.
Nazir Əbülfəs Qarayev 29 iyun 2016-cı il tarixində BMT Baş qərargahında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun təqdimatının nəzərdə tutulduğu və hazırda nazirlik tərəfindən təqdimat mərasiminin təşkili üzrə iş aparıldığı barədə məlumat verib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar