Tbilisidə Gürcüstan-Azərbaycan Milli Konqresi, “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi və Qafqaz Beynəlxalq Universitetinin birgə təşəbbüsü ilə “Azərbaycan və Gürcüstanda tarixi abidələrin mövcud vəziyyəti” layihəsi çərçivəsində tədbir keçirilib.
Qafqaz Beynəlxalq Universitetinin konfrans zalında baş tutan tədbirdə Azərbaycan və Gürcüstanın işğal altında olan ərazilərindəki tarixi abidələr barədə ətraflı məlumat verilib, müzakirələr aparılıb.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupunun üzvü, professor Faiq İsmayılov, Gürcüstan-Azərbaycan Milli Konqresinin rəhbəri, professor Əli Babayev “Mərhəmət” İctimai Birliyinin sədri İradə Nəsirova və İnnovativ İdeyalar İnstitutunun direktoru, tarixçi ekspert Ramil Süleymanov mövzu haqqında ətraflı məlumat veriblər. Gürcüstanlı tarixçi Ketevan Şaşyalivi bu ölkənin işğal altındakı tarixi abidələrindən bəhs edib.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə hazırlanmış, işğal altında olan abidələrimiz və erməni vandalizmi haqqında video-çarx nümayiş olunub.
Sonda əməkdaşlıq edən təşkilatlar işğal altında olan abidələrlə bağlı UNESCO-ya müraciət qəbul ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar