Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT Baş Assambleyasının prezidenti Mogens Lykketoft ilə də görüş keçirib.
Görüşdə Baş Assambleyanın prezidenti Azərbaycanın BMT-nin etibarlı tərəfdaşı olduğunu bildirərək, bu tərəfdaşlıqdan məmnunluğunu ifadə edib.
Görüşdə Azərbaycan ilə BMT arasında, xüsusilə BMT Baş Assambleyası arasında əməkdaşlıq məsələsi müzakirə olunub.
Əbülfəs Qarayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları, həmçinin doğma torpaqlarından qovulmuş məcburi köçkün və qaçqınların vəziyyəti haqda məlumat verib və bu barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də icra olunmadığını təəssüflə qeyd edib.
Sonda nazir Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən mədəniyyətlərarası dialoqa dair “Bakı prosesi” barədə məlumat verərək M.Lykketoftu 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar