Mədəniyyət və turizm nazirinin Nyu-Yorkda daha bir görüşü ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti Rabbi Mark Şnayer ilə olub. Görüşdə qurumla ölkəmiz arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Rabbi Şnayer Mədəniyyət və Turizm Nazirliyi ilə imzalanmış müqavilədən bəhs edərək bildirib ki, müqavilə çərçivəsində Fond ABŞ Konqresində ilk dəfə müsəlman və yəhudi icmalarını bir araya gətirərək Azərbaycanı multikultural model kimi göstərməyə nail olub.
Əbülfəs Qarayev isə öz növbəsində Fondun fəaliyyətini təqdir edərək ABŞ-dakı müsəlman və yəhudi icmalarının Azərbaycanda yüzilliklər boyu mehriban birgəyaşama ənənələrinə malik olan müsəlman və yəhudi icmalarının təcrübəsindən faydalanmasının vacibliyini qeyd edib.
Rabbi Şnayer 2015-ci ilin mayında Bakıda keçirilmiş 3-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Prezidenti ilə keçirdiyi görüşünü xatırladaraq ölkəmizin dünyada gedən proseslər fonunda ekstremizmin, islamofobiyanın, ksenofobiyanın artmasının qarşısının alınmasında liderlik nümayiş etdirdiyini və bu tolerant mədəniyyətin ABŞ cəmiyyətində təbliğinə ehtiyac olduğunu vurğulayıb.
Tərəflər 2017-ci ildə 4-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində birgə layihələrin həyata keçirilməsi, həmçinin yeni fəaliyyət planının hazırlanması barədə razılıq əldə ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar