İyunun 29-da Azərbaycan İstiqlal Muzeyi “Torpaq, uğrunda ölən varsa, Vətəndir!” layihəsi çərçivəsində Milli Qvardiyada tədbir keçirib.
Tədbirdə Milli Qvardiyanın şəxsi iş üzrə bölməsinin rəisi Faiq Abuşov, Milli Qəhrəman Vahid Quliyev, Respublika Milli Qəhrəmanlar Birliyinin sədri Elşən Uluxanlı çıxış edərək, Milli Qəhrəmanların keçdikləri şərəfli döyüş yolundan, güclü Azərbaycan Ordusundan söz açıblar.
İstiqlal Muzeyi bu ildən Azərbaycanın Milli Qəhrəmanlarını bir daha anmaq məqsədilə “Torpaq, uğrunda ölən varsa, Vətəndir!” adlı aksiyaya start verib. Aksiya çərçivəsində muzey 60, 13, 27, 163 saylı və digər məktəblərdə, hərbi hissələrdə Milli Qəhrəmanların və onların ailə üzvlərinin iştirakı ilə sərgi-tədbirlər keçirib, onların həyat və fəaliyyətini əks etdirən sənədli filmlər nümayiş etdirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar