İsmayıllı, Qəbələ və Şamaxı rayonlarının folklor kollektivləri və el sənətkarları Bakının qonağı olub
Xəbər verdiyimiz kimi, paytaxtın Nizami küçəsində, bir vaxtlar “pasaj” kimi tanınan ünvanda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsviri sənət məkanı təşkil edilib. Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə iyul ayından fəaliyyət göstərən məkan rəssamların, sənətsevərlərin görüş yerinə çevrilməklə bərabər, çoxsaylı yerli və xarici turistlərin də marağına səbəb olub.
Avqustun 20-də burada daha bir maraqlı təqdimat - İsmayıllı, Qəbələ və Şamaxı rayonlarının folklor kollektivlərinin konserti və bu bölgələrin el sənətkarlarının əl işlərindən ibarət sərgi-yarmarka təşkil olunmuşdu.
Tədbirdə İsmayıllı rayonunun “Lahıc”, Şamaxı rayonunun “Şirvan” folklor ansamblları və Qəbələ rayonundan “Zopu-zopu” etnoqrafik folklor rəqs kollektivi geniş konsert proqramı ilə çıxış etdi. Rəngarəng ifalar şəhər sakinləri və turistlər tərəfindən maraqla qarşılandı.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynovun sözlərinə görə, tədbirin məqsədi regionlarda fəaliyyət göstərən istedadlı insanları, el sənətkarlarını, rəssamları, musiqiçiləri, folklor kollektivlərini üzə çıxarmaq və onları paytaxt sakinləri və qonaqlara təqdim etməkdir. Bölgələrimizdə fəaliyyət göstərən folklor kollektivlərinin ölkəmizi dünyada layiqincə təmsil etdiklərini, dəfələrlə müxtəlif folklor festivallarında iştirak etdiyini deyən qalereyanın direktoru bu tədbirlərin davamlı olacağını bildirdi. Qeyd olundu ki, növbəti həftələrdə də ölkəmizin digər regionlarından olan istedadlı insanlar, el sənətkarları və folklor kollektivləri Bakıda çıxış edəcəklər.

Qeyd edək ki, Nizami küçəsindəki təsviri sənət məkanında Qəbələ və Şamaxı rayonlarının el sənətkarlarının əl işlərinin sərgi-yarmarkası avqustun 23-dək davam etdi.
Rəsul Şirinov