Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu uşaqların yay tətili günlərində “SOS uşaq kəndi”ndə növbəti tədbirini keçirib.
Fonddan bildiriblər ki, 73 sakini olan Uşaq kəndinin kitabxanasında kiçikyaşlı məktəblilər üçün təşkil edilən “qiraət saatı”nda tanınmış uşaq yazarı Sevinc Nuruqızı balaca oxucularının qonağı olub.
“Çərpələng”, ”Sarı qız”, “Oskar”, “Ağ xoruzun hekayəti”, ”Qisas”, “Ciya ilə iki gün”, “İpəkcənin macəraları” kimi onlarla şeirlər və nağıllar kitabının müəllifi S.Nuruqızı uşaqlara nağıllarını və şeirlərini oxuyub. Onun qiraətinə maraqla qulaq asan balacalar yazara danışdığı nağıllar və onların qəhrəmanları barədə müxtəlif suallar veriblər. S.Nuruqızı uşaq yazarı olmaq istəyən balacalara tövsiyələrini verib.
Uşaqların istəyi ilə müəllif onlara özünün “Ana” şeirini əzbərdən deyib. Uşaqlar da ana, vətən, dostluq haqqında şeir və mahnılar söyləyiblər.
Bilik Fondu tərəfindən “SOS uşaq kəndi”nin kitabxanasına yazarın yeni kitabları hədiyyə edilib.
“SOS uşaq kəndi”ndə yaşayan 73 uşaq Bilik Fondunun əməkdaşlarından onlara tez-tez baş çəkməyi və boş vaxtlarını belə səmərəli, əyləncəli keçirməyə yardımçı olmalarını xahiş edib. Fondun bu yöndə tədbirləri davam edəcək. “SOS uşaq kəndi”ndə sentyabrda təşkili planlaşdırılan tədbirdə uşaqlara səhnələşdirilmiş nağılların və cizgi filmlərinin nümayişi nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar