Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfirliyinin Lyublyanadakı diplomatik nümayəndəliyinin təşəbbüsü ilə Sloveniyanın Nova Qoritsa şəhərində “Gəncə-2016: Avropa Gənclər Paytaxtı” mövzusunda tədbir keçirilib.

Nümayəndəlikdən bildiriblər ki, tədbirdə Sloveniya parlamentinin sədri Milan Brqlez, Nova-Qoritsa şəhərinin meri Matery Arçon, Sloveniya parlamentinin deputatları, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Tədbirə qatılanlar əvvəlcə İkinci Dünya müharibəsi zamanı Sloveniyanın alman faşizmindən azad olunmasında şücaət göstərərək qəhrəmancasına həlak olmuş Azərbaycan oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrindən söz açaraq, iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərindən sonra iqtisadi, siyasi, elmi və mədəni münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.
Azərbaycanın qədim şəhəri olan Gəncənin 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” elan olunduğunu bildirən A.Xudiyev bu il dünyanın bir çox ölkələrindən minlərlə turistin bu diyara səfər etdiyini bildirib. O, həmçinin ötən il Gəncədə olmuş sloveniyalı fotojurnalist Maya Modrinyakın hazırladığı fotoreportajların böyük maraq doğurduğunu qeyd edib.
Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə açılan “Gəncə-2016: Avropa Gənclər Paytaxtı” mövzusunda fotosərgiyə baxış olub və sənədli film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Sloveniya rəsmiləri iki ölkə arasında dostluq əlaqələrindən danışıblar. Tədbir Sloveniya mediasında işıqlandırılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar