Mədəniyyət və turizm naziri amerikalı nümayəndə heyətini qəbul edib

Nyu-York şəhərinin Bruklin inzibati rayonunun prezidenti Erik Adamsın rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 30-dan ölkəmizdə səfərdədir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev avqustun 31-də amerikalı qonaqları qəbul edib. Nümayəndə heyətinin tərkibinə Bruklin inzibati rayonu prezidentinin müavini Rozental Marietta və köməkçisi Dimon Stefani Ama Evelin daxildir.
Görüşdə mədəniyyət və turizm sahəsində ikitərəfli əlaqələr müzakirə olunub, gələcək əməkdaşlıq məsələləri haqqında fikir mübadiləsi aparılıb.
Nazir Əbülfəs Qarayev Bruklinlə Bakı arasında istedadlı, yaradıcı uşaq və gənclər üçün mədəni mübadilə proqramının yaradılmasını təklif edib.
Nümayəndə heyətinin rəhbəri Erik Adams ölkəmiz haqqında yüksək fikirlərini ifadə edərək, ikitərəfli əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib və mədəni mübadilə proqramının həyata keçirilməsi təklifini yüksək qiymətləndirib. Qonaq bu istiqamətdə görülən işlərin həm mədəniyyət, həm də turizm sahəsində ikitərəfli əlaqələrə müsbət təsir göstərəcəyini qeyd edib.
Əbülfəs Qarayev 2017-ci ildə Bakıda keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında ətraflı məlumat verib və nümayəndə heyətini müxtəlif ölkələrin yüksək səviyyəli rəsmilərini, ekspert və media nümayəndələrini bir araya gətirən bu Forumda iştirak etməyə dəvət edib.
Qeyd edək ki, Nyu-York şəhərinin Bruklin inzibati rayonunun nümayəndə heyətinin səfəri sentyabrın 3-dək davam edəcək. Səfər proqramına bir sıra rəsmi görüşlərlə yanaşı, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, “Qala” Dövlət tarix-etnoqrafiya qoruğu, "Atəşgah məbədi" tarix-memarlıq qoruğu və Heydər Əliyev Mərkəzinə ekskursiyalar daxildir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar