Baş katib “Şəki - Türk dünyasının mədəniyyət paytaxtı - 2016” ili çərçivəsində görülən işləri yüksək qiymətləndirib
Sentyabrın 14-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının - TÜRKSOY-un baş katibi Düsen Kaseinov ilə görüşüb. Baş katib sentyabrın 15-də başlanan “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün respublikamıza gəlib.
Məlum olduğu kimi, Şəki şəhəri TURKSOY tərəfindən 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Şəkidəki festival çərçivəsində TÜRKSOY-un himayəsi ilə türkdilli ölkələrin dövlət teatrları rəhbərlərinin növbəti toplantısı da olacaq.
Mədəniyyət və Turizm Nazirliyində keçirilən görüşdə “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalının əhəmiyyətindən söhbət açılıb, eləcə də ölkəmizlə təşkilat arasında olan əməkdaşlıq əlaqələri müzakirə edilib.
TÜRKSOY-un baş katibi səmimi qəbula görə nazirə təşəkkürünü bildirib, “Şəki - Türk dünyasının mədəniyyət paytaxtı - 2016” ili çərçivəsində həyata keçirilən layihələri və görülən işləri yüksək qiymətləndirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar