Mədəniyyət günlərinin bu ilin sonunda keçirilməsi nəzərdə tutulub

Sentyabrın 9-da mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət mərkəzinin rəhbəri Seyid İbrahim İbrahimi ilə görüşüb.
Görüş zamanı cari ilin sonunda İran İslam Respublikasında keçirilməsi nəzərdə tutulan Azərbaycan mədəniyyəti günləri ilə əlaqədar təşkilati məsələlər müzakirə edilib.
Söhbət zamanı İranın ölkəmizdəki səfirliyinin Mədəniyyət mərkəzi ilə Mədəniyyət və Turizm Nazirliyi arasında əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub.
İncəsənət sahəsində əməkdaşlıq üçün geniş potensialın mövcudluğu, həmçinin əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.









Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar