Sentyabrın 16-da mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Avropa İttifaqının Mədəniyyət və yaradıcılıq proqramının koordinatorları Raqnar Siil, Simon Ellis ilə görüşüb. Görüşdə Britaniya Şurasının (British Council) Azərbaycan üzrə direktoru Elizabet Vayt, əməkdaşları Dilarə İbrahimova, Sevinc Ağazadə (proqramın yerli koordinatoru) və ekspert Cahangir Səlimxanov iştirak edib.
Görüş zamanı 15 sentyabr tarixində “Mədəni inkişafa dair göstəricilər toplusu” (Culture İndicators) layihəsi ilə bağlı Azərbaycan Xalça Muzeyində keçirilmiş seminar müzakirə olunub. Qeyd olunub ki, layihə UNESCO tərəfindən tərtib edilib və ölkədə mədəniyyət sahəsinin inkişafının ölçülməsi və planlaşdırılması üçün çox əlverişlidir.
Nazir müavini həm Avropa İttifaqı, həm də Britaniya Şurası ilə əməkdaşlığın ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını bildirib. Misal kimi o, Britaniya Şurasının təşkil etdiyi Uilyam Şekspirin 400 illiyinə həsr olunmuş tədbirlərin Bakıda çox maraqla qarşılandığını bildirib. Eləcə də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən mədəniyyət sahəsinin idarəetməsi sisteminin inkişafına yönəlmiş Tvinninq layihəsinin əhəmiyyəti qeyd edilib.
Görüş zamanı Mədəniyyət və yaradıcılıq proqramı çərçivəsində həyata keçirilməsi planlaşdırılan digər layihələr barədə müzakirə aparılıb.
Sonda Sevda Məmmədəliyeva qeyd olunan sahələr üzrə əməkdaşlıq imkanının yaranmasından məmnunluğunu bildirib və proqrama dair əlaqələndirmənin aparılması üçün müvafiq ideya və təklifləri diqqətə çatdırıb.
Qeyd etmək lazımdır ki, Britaniya Şurası 2015-ci ilin aprel ayından etibarən Avropa İttifaqının Mədəniyyət və yaradıcılıq proqramını idarə edir. Proqram Aİ tərəfindən Azərbaycan və “Şərq tərəfdaşlığı”na daxil digər beş ölkənin humanitar, sosial və iqtisadi inkişafı üçün mədəniyyət və yaradıcılıq sektorlarına dəstək vermək məqsədi daşıyır.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar