Xəbər verdiyimiz kimi, Azərbaycan Xalça Muzeyində hər ayın son şənbəsi “Açıq qapı” günü çərçivəsində “Ailə günü” adlı tədbir təşkil olunur. Tədbir valideynlər ilə uşaqlar arasında ümumi maraqları birləşdirmək, ünsiyyəti möhkəmləndirmək və ən əsası ailələrə ölkəmizin mədəniyyət və incəsənətini tanıtmaq məqsədilə keçirilir.
Sentyabrın 24-də keçirilən növbəti “Ailə günü”ndə iştirakçılara bir-birindən maraqlı proqramlar təqdim olunub. Həmçinin memar Elçin Əliyev uşaqlara Abşeron memarlığının tarixindən danışıb.
Sonra uşaqlar Bakı-Abşeron abidələrindən birinin rəsmini çəkiblər. Ən yaxşı 5 rəsm əsərinin müəllifinə mükafatlar təqdim edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar