Sentyabrın 28-də Xalça Muzeyində Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsinin iclası keçirilib.
Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova çıxış edərək 3-9 iyul tarixində İtaliyanın Milan şəhərində keçirilən İCOM Baş Assambleyasının “Muzey və mədəni landşaft” mövzusunda 24-cü Baş konfransı haqqında məlumat verib.
Sonra Milli Komitənin 2017-2018-ci il üçün iş planı təqdim edilib. Bildirilib ki, son iki ayda komitəyə 20 yeni üzv qəbul edilib. Statistik rəqəmləri diqqətə çatdıran komitə rəhbəri təşkilatın yeni strateji iş planı barədə fikirlərini bölüşüb. İştirakçılara İCOM Azərbaycanın yeni loqosu təqdim edilib.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarix-memarlıq qoruq-muzeyinin direktoru Rəna Rzayeva, paytaxtda fəaliyyət göstərən muzeylərin əməkdaşları iştirak ediblər.
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova komitənin fəaliyyətindən söz açıb. Milli İncəsənət Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əminə Məlikova 2017-ci ilin yanvarında Bakıda keçiriləcək muzey işçilərinin konfransı ilə bağlı görüləcək işlər haqqında məlumat verib.
Lalə