IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunun müzakirə gündəliyi barədə fikir mübadiləsi aparılıb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Multikultural cəmiyyət və turizm” mövzusunda keçirilmiş dəyirmi masada iştirak etmək məqsədilə Bakıda səfərdə olan Böyük Britaniyanın Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunun direktoru, professor Mayk Hardi və müxtəlif mədəniyyətlər arasında dialoqun təşviq olunmasını həyata keçirən “Global Compass” şirkətinin prezidenti, BMT-nin Sivilizasiyalar Alyansının strateji inkişaf və tərəfdaşlıq üzrə sabiq müşaviri Jan Kristof Bası qəbul edib.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin irəli sürdüyü “Bakı prosesi”nin əhəmiyyəti və bu qlobal hərəkat çərçivəsində Bakıda ənənəvi olaraq keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu və bu ilin aprelində gerçəkləşən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun əhəmiyyəti və nəticələri müzakirə edilib. Həmçinin 2017-ci ilin aprel ayında Bakıda keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunun müzakirə gündəliyi barədə fikir mübadiləsi aparılıb.
Beynəlxalq ekspertlər ölkə başçısının rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi layihələrin beynəlxalq sülhə və sabitliyə böyük töhfə verdiyini, ölkəmizin multikultural model kimi dünyada tanınmasına və qəbul edilməsinə şərait yaratdığını vurğulayıblar.
Sonda IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupunun görüşünün UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO ilə birgə cari ilin noyabr ayında təşkil olunması qərara alınıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar