Sentyabrın 29-da Binəqədi Mərkəzləşdirilmiş Kitabxana Sistemində görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı Yaşar Nurinin 65 illiyi münasibətilə xatirə tədbiri keçirilib. Xatirə tədbirində unudulmaz aktyorun sənət dostları və mətbuat nümayəndələri, kitabxana işçiləri iştirak ediblər.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev sənət dostu ilə bağlı xatirələrini paylaşıb. Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov Yaşar Nuri ilə bir məktəbdə təhsil aldığı illərdən başlayan dostluq münasibətlərini yada salıb, quruluş verdiyi tamaşalarda onunla birgə işindən danışıb. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin əməkdaşı Əbdürrəhman Əmirxanov çıxışında Yaşar Nuriyə olan xalq sevgisinin heç də hər sənətkara nəsib olmadığını vurğulayıb.
Görkəmli aktyordan dəfələrlə müsahibə almış, onunla canlı efirdə ünsiyyətdə olmuş jurnalist, «Mədəniyyət» qəzetinin əməkdaşı Gülcahan Mirməmməd isə Yaşar Nurinin həmişə mətbuata açıq insan olduğunu deyərək, aktyorla bağlı xatirələrini söyləyib.
Sonra aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva və qızı Ülkər Nuriyeva çıxış edərək Yaşar Nurinin xatirəsinə göstərilən ehtirama görə kitabxananın kollektivinə və qonaqlara minnətdarlıqlarını bildiriblər.
Qonaqlar Yaşar Nurinin çəkildiyi film və televiziya tamaşalarından fraqmentlərə baxıblar və ona həsr olunmuş ekspozisiya ilə tanış olublar.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar