Sentyabrın 29-da Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə Cəlilabad rayonunda “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri arasında növbəti debatlar keçirilib.

“Azərbaycan gəncliyi üçün tolerantlıq nədir” və “Vətənpərvərlik ruhunun formalaşmasında mədəniyyət amili” panelli debatlarda Cəlilabad, Masallı, Yardımlı, Biləsuvar, Salyan və Neftcala rayonlarından olan 100 nəfərdən çox gənc mədəniyyət işçisi iştirak edib.
Tədbirdə əvvəlcə gənc rejissor Fehruz Şamıyevin 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkdiyi vətənpərvərlik mövzulu “Yol” qısametrajlı filmi nümayiş olunub.
Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək mədəniyyət işçiləri arasında debatların əhəmiyyətini diqqətə çatdırıb. Gənclərin fikirlərini sərbəst şəkildə ifadə etməsində, hadisələrə adekvat qiymət vermək bacarığının formalaşmasında, əməkdaşlarda peşəkarlıq keyfiyyətlərinin artmasında belə açıq müzakirələrin vacibliyi vurğulanıb.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin nümayəndəsi Loğman Hüseynov, Mədəniyyət və Turizm şöbəsinin müdiri Rəşad Salmanov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları Nurəddin Babayev, Pərvanə Hüseynova və Aygün Balabəyova iştirak edib.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar