Oktyabrın 3-də Ankarada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ), Türkdilli Ölkələrin Parlament Assambleyası, Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Türk Mədəniyyəti və İrsi Fondunun 3-cü koordinasiya toplantısı keçirildi.
Türk Şurasının baş katibi Ramil Həsənov çıxışında qurumun BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarla əlaqələrinin daha da dərinləşdiyini diqqətə çatdırdı.
TÜRKPA-nın baş katibi Jandos Asanov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdikləri qurumların fəaliyyəti haqqında ətraflı məlumat verdilər.
Türk Akademiyasının prezidenti Darhan Xıdırəli bildirdi ki, “Ortaq türk tarixi” dərs kitabının hazırlanması işi artıq başa çatıb. Ortaq ədəbiyyat və coğrafiya ilə bağlı dərsliklərlə əlaqədar işlər davam edir.
Tədbirdə türkdilli dövlətlərlə yanaşı, başqa ölkələrin tərkibində olan azsaylı türk xalqları ilə əlaqələrin dərinləşdirilməsi məsələləri haqqında fikir mübadiləsi aparıldı.

Mehparə Sultanova
Ankara







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar