Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi oktyabrın 4-də unudulmaz gülüş ustası, Xalq artisti Hacıbaba Bağırovun vəfatının 10-cu ildönümü ilə bağlı sənətkarın məzarını ziyarət edib.
Anım mərasimində çıxış edən Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, teatrın ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, Xalq artisti İlham Namiq Kamal, teatrın direktor müavini, Əməkdar mədəniyyət işçisi Elxan Ocaqov görkəmli aktyorun yaradıcılıq yolundan, Dövlət Musiqili Komediya Teatrının direktoru kimi fəaliyyətindən söz açıb, xatirələrini bölüşüblər. Vurğulanıb ki, onun kinoda, teatr tamaşalarında canlandırdığı obrazlar yüksək sənətkarlıq nümunəsidir.
Sonra çıxış edən Hacıbaba Bağırovun həyat yoldaşı Arzu Bağırova mərhumun ailəsi adından teatrın kollektivinə, Hacıbaba Bağırovun sənətini sevən hər kəsə təşəkkürünü bildirib.









Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar