Azərbaycan Mətbuat Şurasında Şimali Kiprin ölkəmizdə səfərdə olan nümayəndələri - Türk Birliyi Dərnəyinin sədri, professor Güvən Arıklı, Qlobal Media Qrupunun baş direktoru Tayfun Aydınlı, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu ilə görüş keçirilib.
Qonaqları salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum türk dünyasının media qurumları ilə əməkdaşlığa önəm verir. Bu, istər təcrübə mübadiləsi, istərsə də qlobal media məkanına inteqrasiya baxımdan vacibdir. Şuranın eyni zamanda Şimali Kiprdəki media quruluşları ilə də münasibətlərinin olduğunu vurğulayan Ə.Amaşov əlaqələri dərinləşdirməyin əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə türk dünyasının ortaq problemlərinə birgə baxışın ifadə edilməsinin zəruriliyi ətrafında diskussiyalar aparılıb. Bu baxımdan Şimali Kiprdə keçirilməsi nəzərdə tutulan Türk Dünyası Gənclərinin Forumuna birgə hazırlıq məsələləri önə çəkilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar