2016-cı il Konya şəhəri “İslam ölkələrinin turizm paytaxtı” olaraq seçilib. Bugünlərdə Konyada 30 ölkədən 80 fotoqrafın görüşü baş tutub. Görüşdə ölkəmizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının əməkdaşı Arzu Mürvətova təmsil edib.
Görüş çərçivəsində fotoqraflar Konyanın Sille, Akşehir və Beyşehir ətrafında tarixi və turistik yerlərin şəkillərini çəkiblər. Fotoqrafların işlərindən ibarət sərgilər nümayiş olunub. Bağlanış tədbirində görüşdə iştirak edən hər kəsə foto işlərindən ibarət kataloq və beynəlxalq görüşü simvolizə edən heykəlcik təqdim olunub. Qala gecədə fotoqraflar milli geyimləri ilə ölkələrini təmsil ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar