Oktyabrın 5-də İsmayıllı şəhərində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun regional Bilik evi açılıb.
Mərasimdə rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova çıxış edərək Bilik Fondunun həyata keçirdiyi layihələrin əhəmiyyətindən söz açıb.
Prezident yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov regional Bilik evinin açılışı münasibətilə iştirakçıları təbrik edib, bu məkanın insan kapitalının formalaşmasına mühüm töhfə verəcəyini vurğulayıb. Rayonun təhsil, mədəniyyət və turizm şöbələrinin, bütün ziyalıların regional Bilik evinin fəaliyyətinə kömək edəcəklərinə əminliyini bildirən O.Səmədov burada müxtəlif mədəni-kütləvi tədbirlərin, layihələrin həyata keçiriləcəyini diqqətə çatdırıb. Vurğulanıb ki, Bilik evində pulsuz olaraq ingilis, rus dilləri tədris olunacaq.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Milli Məclisin deputatı Novruzəli Aslanov çıxış edərək, regional Bilik evinin rayonun ictimai-mədəni həyatında xüsusi rol oynayacağını söyləyiblər.
Tədbir iştirakçıları Bilik evində yaradılan şəraitlə, təşkil edilən sərgilərlə tanış olublar. Sonra dəyirmi masa keçirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar