Mədəniyyət və turizm naziri gündoğar ölkənin turizm sənayesinin nümayəndələri ilə görüşüb

Oktyabrın 10-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Yaponiya turizm sənayesinin nümayəndələri ilə görüşüb.

Yaponiya Turizm Agentlikləri Assosiasiyasının prezidenti Tadaşi Şimuranın rəhbərlik etdiyi heyətə “Hankyu Travel İnternational Tokyo”, “Diamond-Big”, “Hankyu Travel İnternational Osaka”, “R&C Tours”, “Spectacle Adventures”, “The Three B”, “JTB BWT” şirkətlərinin təmsilçiləri daxildir.
Səfərin təşkilində əsas məqsəd Yaponiyada Azərbaycanın turizm imkanlarının geniş tanıdılması və təbliğidir. Görüşdə bu istiqamətdə müzakirələr aparılıb.
Nazir qonaqlara ölkəmizin turizm imkanları, bu sahədə görülən işlər və gələcəkdə həyata keçiriləcək layihələr haqqında məlumat verib. Elektron viza sisteminin tətbiqinin ölkəmizə gələn turistlərin daha asan viza əldə etməsinə şərait yaratdığını diqqətə çatdıran Əbülfəs Qarayev Yaponiyanın da ölkəmiz üçün mühüm hədəf bazarlarından biri olduğunu bildirib.
Söhbət zamanı qonaqlar ölkəmizdə keçirilən beynəlxalq tədbirlər haqqında da məlumatlandırılıb, bu sahədə əməkdaşlıq, CNN, Euronews kimi nüfuzlu kanallarla iş aparıldığı qeyd olunub. Həmçinin Bakı və regionların turizm infrastrukturu barədə məlumat verilib və bu istiqamətdə əlaqələrin qurulmasından söhbət açılıb.
Yaponiya Turizm Agentlikləri Assosiasiyasının prezidenti Tadaşi Şimura səfərin təşkilinə və yüksək qonaqpərvərliyə görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirib, gələcəkdə daha sıx əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını vurğulayıb.
Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan və Yaponiyanın turizm şirkətləri nümayəndələrinin iştirakı ilə “Yaponiya getmə turizmi bazarının xüsusiyyətləri” mövzusunda təqdimat keçirilib.
Nümayəndə heyətinin səfər proqramına paytaxtla yanaşı, Şəki, İsmayıllı və Qəbələ rayonu ilə tanışlıq da daxildir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar