Oktyabrın 10-da Moskvada Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz və Rusiyanın D.S.Lixaçov adına Mədəni və Təbii İrs üzrə Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bu münasibətlə keçirilən görüşdə mərkəzin direktoru Asif Usubəliyev iki ölkə arasında mədəni əlaqələrin davamlılığını qeyd edərək bu əlaqələrin daha da dərinləşdirilməsində elmi dairələrin rolunu vurğulayıb.
Mədəniyyət, kulturologiya, mədəniyyət tarixi, irs, fəlsəfə və digər humanitar elmlər üzrə ixtisaslaşmış alimləri özündə birləşdirən D.S.Lixaçov adına institut eyni zamanda beynəlxalq layihələrin təşəbbüskarı və icraçısıdır. Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi tərəfindən aparılmış islahatlar nəticəsində bu ölkənin bir sıra tədqiqat mərkəzləri qeyd olunan instituta inteqrasiya olunub.
Memoranduma əsasən tərəflərin qlobal internet şəbəkəsində baş verə biləcək mədəniyyət nümunələrinin mənimsənilmə cəhdlərinin qarşısının alınması istiqamətində birgə tədbirlərin görülməsi nəzərdə tutulub. Bu istiqamətdə neqativ hallar eyni zamanda Rusiyanın internet resurslarında da öz əksini tapmaqdadır.
Memorandum çərçivəsində həyata keçiriləcək ilk birgə layihə “Müasir cəmiyyətdə gənclərin mədəni tələbatları” adlı tədqiqat və dəyirmi masa olacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar