Oktyabrın 6-7-də Ankaradakı Əhməd Yəsəvi Universiteti tərəfindən Azərbaycan və Orta Asiya ölkələrinin müstəqilliklərinin 25-ci ildönümü münasibətilə simpozium keçirilib. Tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Tədbirin açılışında Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın, mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayman, Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin rəhbəri Serdar Çam və digər çıxış edənlər diqqətə çatdırıblar ki, müstəqilliklərinin 25-ci ildönümünü qeyd edən türkdilli ölkələrlə Türkiyə arasında əlaqələrin inkişafında ötən dövrdə əhəmiyyətli yol qət olunub. Ortaq tarixə malik olan ölkələr gələcəklərini də birgə inşa edərək daha da güclənirlər.
Simpozium “Türkiyə və türkdilli respublikalar” mövzusunun müxtəlif aspektlərinə həsr edilən panellərlə davam edib.
Türkdilli ölkələr arasında çoxtərəfli əməkdaşlığa həsr edilmiş paneldə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, müxtəlif türk xalqlarının dil, ədəbiyyat, incəsənət və digər sahələrdəki dəyərləri türk dünyasının ortaq xəzinəsidir və bu zəngin xəzinənin qorunması üçün mühüm layihələr hazırlanır.
Tədbirdə musiqili kompozisiya nümayiş olunub.
Simpozium çərçivəsində “Azərbaycanın 25 illik müstəqillik dövründəki nailiyyətləri” mövzusuna həsr edilmiş panel iclası keçirilib, müxtəlif sahələrə dair məruzələr dinlənilib.
Panelin moderatoru olan İstanbul Mərmərə Universitetinin professoru Okan Yeşilot ümumilikdə Azərbaycanın 25 illik müstəqillik dövrü ərzində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib.
Azərbaycanın müxtəlif universitetləri, elm və tədqiqat mərkəzlərinin nümayəndələri, eləcə də ölkəmizdən kənarda işləyən azərbaycanlı alimlər simpozium çərçivəsində təşkil edilən digər panellərin işində də fəal iştirak ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar