Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə əməkdaşlıq sazişi imzalanıb

Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev və akademiyanın bədii rəhbəri, Xalq artisti Kamilla Hüseynova Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyinin dəvəti ilə Minsk şəhərinə səfər ediblər. Səfərin məqsədi ali təhsil müəssisələri arasında səmərəli əməkdaşlığın qurulması, gələcək planlar haqqında fikir mübadiləsi aparılması və müvafiq sazişin imzalanmasıdır.
Oktyabrın 12-də Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyev və Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, dosent Yuri Bondar iki tədris ocağı arasında əməkdaşlıq sazişini imzalayıblar.
Sazişə əsasən ali təhsil müəssisələri təcrübə, müəllim və tələbə mübadiləsi aparacaq, ustad dərsləri, birgə tədbirlərin təşkili və digər sahələr üzrə əməkdaşlıq həyata keçiriləcək. Bu, Bakı Xoreoqrafiya Akademiyasının sayca altıncı əməkdaşlıq sazişidir.
Səfər çərçivəsində Bakı Xoreoqrafiya Akademiyasının rektoru Belarus Mədəniyyət və İncəsənət Universitetinin fəaliyyəti ilə maraqlanıb, professor-müəllim heyəti ilə yaxından tanış olub.
2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi ilə bağlı Bakı Xoreoqrafiya Akademiyası əməkdaşlıq coğrafiyasını genişləndirmək və bununla Azərbaycan xalq rəqslərini dünyada, dünya xalq rəqslərini isə Azərbaycanda təbliğ etmək niyyətindədir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar