Oktyabrın 18-də Milli Kitabxanada Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsinin 25 illiyi münasibətilə kitab sərgisi açılıb.

Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov Müstəqillik Günü münasibətilə iştirakçıları təbrik etdi. O, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktı”nın qəbul olunmasından, bu mühüm tarixi sənədlə xalqımızın uzun illərdən bəri həsrətində olduğu azadlığa qovuşmasından danışdı.
Müstəqilliyi qoruyub saxlamağın onu qazanmaqdan qat-qat çətin olduğunu vurğulayan K.Tahirov müstəqilliyimizin qorunmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən söz açdı. Bildirdi ki, müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Dövlətçiliyin möhkəmləndirilməsində iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Azərbaycan bütün dünyada öz sözü, imzası ilə tanınır.
Kitabxananın direktor müavini Ədibə İsmayılova müstəqil Azərbaycanın keçdiyi inkişaf yolundan, ötən illərdə əldə edilən uğurlardan söz açdı. Qeyd edildi ki, bu illərdə respublikamızda kitabxana işi də inkişaf edib, bu sahədə beynəlxalq əlaqələrimiz genişlənib. Milli Kitabxana il ərzində 10-dan artıq beynəlxalq kitab sərgisində ölkəmizi təmsil edib. Bu da müstəqilliyin yaratdığı imkanlardan biridir. Kitabxananın bölmə müdiri, şairə Fəridə Hacıyeva çıxışından sonra azadlığa, müstəqilliyə həsr etdiyi şeirindən bir parça söylədi.
Sonda tədbir iştirakçıları “18 oktyabr - Dövlət Müstəqilliyi Günüdür” adlı kitab və dövri mətbuat materiallarından ibarət geniş sərgi ilə tanış oldular.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar