Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyinin reallaşdırdığı “Azərbaycanın maddi-mənəvi sərvətlərinin tanıdılması və qorunması ilə bağlı maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində tədbir keçirilib.
İctimai Birliyin sədri Mütəllim Rəhimov layihənin məqsədi barədə danışaraq bildirib ki, inzibati yollarla maddi-mənəvi sərvətlərimizin xaricə daşınmasının qarşısı alınır, lakin bu problemin həlli üçün cəmiyyətdə maarifləndirilmə işlərinin aparılmasına da ehtiyac var. Bütövlükdə cəmiyyətimiz maddi-mənəvi dəyərlərimizin qoruyucusuna çevrilməlidir. Eləcə də xarici ölkə muzeylərində olan sərvətlərimizin cəmiyyətə tanıdılması istiqamətində sistemli işlər aparılmalıdır.
Layihə üzrə ekspert Vüqar Əliyev, Ayaz Əfəndiyev də mövzuya dair fikirlərini bölüşüblər. Bildirilib ki, zaman-zaman müxtəlif yollarla ölkəmizdən aparılan sərvətlərimiz bu gün xarici muzeylərdə özünə böyük tamaşaçı kütləsi qazanıb. Bu gün dünyanın inkişaf etmiş ölkələri təkcə özünün elmi-texniki nailiyyətləri, maddi sərvətlər bolluğu ilə deyil, həm də milli-mənəvi dəyərləri ilə tanınır. Bu dəyərlər hər bir xalqın mədəniyyətinin səviyyəsini təyin edən göstəricidir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar