Bakı Xoreoqrafiya Akademiyasında 18 oktyabr - Müstəqillik Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edən akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev qeyd edib ki, XX yüzilliyin sonlarında Sovet İttifaqının süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Lakin müstəqilliyin ilk illəri ölkəmiz çox böyük sınaqlar qarşısında idi. Bir tərəfdən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, digər tərəfdən siyasi, sosial-iqtisadi böhran, vətəndaş qarşıdurması xalqı böyük təlaşda saxlayırdı. Müstəqil respublikanın mövcudluğu böyük təhlükə altında idi.
Yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bu təhlükə aradan qaldırıldı, ölkədə vəziyyət nəzarətə alındı, bütün sahələrdə canlanma və inkişaf başlandı. Ulu öndər Azərbaycan tarixinə müstəqilliyin tam bərpasına nail olan lider kimi daxil olaraq, zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı ilə müstəqilliyimizin əbədiliyinə nail oldu.
Akademiyanın professor-müəllim heyəti və bakalavr pilləsinin tələbələri çıxış edərək, müstəqillik dövründə mədəniyyət və incəsənət, ələlxüsus da xoreoqrafiya sənətinin inkişafı, ona olan dövlət qayğısı və son uğurlarından bəhs ediblər.
* * *
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) da dövlət müstəqilliyimizin bərpasının 25 illiyi münasibətilə tədbir təşkil olunub.
BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək ulu öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanmasında misilsiz xidmətlərindən söz açıb. Vurğulanıb ki, Heydər Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində ölkəmiz üzləşdiyi təhlükələrdən xilas olub, dövlətlə xalqın birliyi təmin edilib. Milli Məclisin komitə sədri, akademik Ziyad Səmədzadə və millət vəkili Məlahət İbrahimqızı müstəqilliyimizin tarixi inkişaf yoluna nəzər salıblar. Qeyd olunub ki, bu gün ölkəmizdə gedən sürətli inkişaf, qazanılmış uğurlar ümummilli lider Heydər Əliyevin yorulmaz əməyinin nəticələridir.
Tədbir maestro Fuad İbrahimovun bədii rəhbərliyi altında Bakı Musiqi Akademiyasının Gənclər kamera orkestrinin rəngarəng konsert proqramı ilə davam edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar