Oktyabrın 20-də Azərbaycan Dillər Universitetində (ADU) “Koqnitiv və tətbiqi dilçiliyin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans işə başladı. Konfrans Təhsil Nazirliyi, ADU və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Filologiya İnstitutunun birgə təşkilatçılığıyla keçirilir.
Tədbiri ADU-nun rektoru vəzifəsini icra edən filologiya üzrə elmlər doktoru, professor Dünyamin Yunusov açdı. Bildirdi ki, beynəlxalq konfransda 15-dək ölkədən alimlər iştirak edir. Sonra o, ali təhsil müəssisəsi haqqında iştirakçılara bilgi verdi. Bildirildi ki, universitetdə 22 xarici dil öyrədilir, ADU-nun 40-dan artıq ölkənin universiteti ilə əməkdaşlığı var.
Türkiyənin Qazi Universitetinin professoru, filologiya üzrə elmlər doktoru, soydaşımız Mehman Musaoğlu tətbiqi dilçiliyin aktual problemlərinə həsr olunmuş konfransı yüksək dəyərləndirdi.
Plenar iclasda ADU-nun Eksperimental fonetika və tətbiqi dilçilik laboratoriyasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Fəxrəddin Veysəlli, Rusiya EA Sibir Bölməsi Filologiya İnstitutunun direktoru, professor İqor Silantiyev, tanınmış macar dilçisi Zoltan Koveçiç və Qazaxıstan EA-nın əməkdaşı, filologiya üzrə elmlər doktoru Alimcan Cunusbəyin məruzələri dinlənildi.
Konfrans işini “Müasir dilçiliyin əsas istiqamətləri: dilçilikdə yeni paradiqmlər”, “Koqnitv dilçilik: müasir vəziyyət və perspektivlər”, “Tətbiqi və tipoloji dilçilik: nəzəri ümumiləşdirmələr və praktik tövsiyələr”, “Dilin mənimsənilməsi prinsipləri: nəzəri və praktik təkliflər” bölmələri üzrə davam etdirdi.
Konfrans oktyabrın 21-də başa çatacaq.

S.Qaliboğlu







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar