Əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı tədbirlər gələcəkdə də davam etdiriləcək

Oktyabrın 25-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qətər Dövlətinin Azərbaycandakı səfiri Yusif bin Həsən Yusif əl-Saini qəbul edib.
Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb.
Əbülfəs Qarayev bu ilin aprelində Qətərdə keçirilmiş Azərbaycanın turizm potensialının təqdimatı, eləcə də bu ölkədə təşkil olunan Azərbaycan mədəniyyəti günlərinin çox müsbət nəticələr verdiyini bildirib. İki ölkənin bu sahələrdə əlaqələrinin genişləndirilməsi üçün belə tədbirlərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Nazir eyni zamanda muzey, kitabxana və incəsənətin müxtəlif istiqamətlərində qarşılıqlı əlaqələrin qurulmasını və birgə layihələrin həyata keçirilməsini təklif edib.
Səfir qəbula görə nazirə təşəkkürünü bildirib və Azərbaycanla Qətər arasında yüksək səviyyəli əlaqələrin davamlı olacağına inamını ifadə edib.
Görüşün sonunda nazir Əbülfəs Qarayev Qətər nümayəndə heyətini 2017-ci ilin aprel ayında Bakıda keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar