Frankfurtda kitab yarmarkasında Heydər Əliyev Fondu və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə alman fotoqraf Barbara Lutterbekin 2014-cü ildə Azərbaycana səfərinə həsr edilmiş “Azərbaycanda qonaq olarkən - mədəniyyət və mətbəx” kitabının təqdimatı olub. Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti mərasimdə iştirak edib.

“WIENAND” nəşriyyatının rəhbəri Maykl Vienand mərasimi açdıqdan sonra Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samirə Patzer-İsmayılova və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Arzu Təbrizli kitab haqqında qonaqlara geniş məlumat veriblər. Bildiriblər ki, adıçəkilən kitab Avropa Azərbaycanlıları Konqresinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gəlib. Almaniyalı fotoqraf Barbara Lütterbekin son iki il ərzində Azərbaycana etdiyi işgüzar səfərlərinin nəticəsində bu kitab-albom hazırlanıb.
Nəşr Azərbaycanın tarixi, xalqın adət-ənənələri, mədəniyyəti və mətbəxi haqqında dəyərli məlumatlardan və rəngarəng fotoşəkillərdən ibarətdir. Kitab üzərində redaktə işi Heydər Əliyev Fondu və AMEA-nın Tarix İnstitutu ilə müştərək həyata keçirilib. İki hissədən ibarət kitabın ilk hissəsi Azərbaycanın tanıtımına, ikinci hissəsi isə milli mətbəximizə həsr olunub.
Kitab Köln şəhərində fəaliyyət göstərən “WIENAND” nəşriyyat evi tərəfindən iki dildə - alman və ingilis dillərində çap edilib. Kitab iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. “WIENAND” nəşriyyat evi “Azərbaycanda qonaq olarkən - mədəniyyət və mətbəx” kitabını Almaniyanın bir sıra böyük şəhərlərinin kitab mağazalarına təqdim edəcək.
Tədbirin sonunda qonaqlara "Azərbaycanda qonaq olarkən - mədəniyyət və mətbəx" kitabının nüsxələri hədiyyə edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar