Layihə çərçivəsində dəyirmi masa keçirilib

“Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə gerçəkləşdirdiyi “İnformasiya müharibəsi şəraitində cəmiyyətin sağlam mənəvi-psixoloji hazırlığına dəstək” layihəsi çərçivəsində növbəti dəyirmi masa Xaçmaz rayonunda keçirilib.
“Müharibənin informasiya cəbhəsi: mövcud durum və perspektiv vəzifələr” mövzulu tədbirdə rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Pərviz Əmircanov, “Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri Əvəz Rüstəmov, layihənin eksperti Seymur Verdizadə, “Ədalət” qəzetinin əməkdaşı Etibar Cəbrayıloğlu və başqaları mövzunun aktuallığından söz açıblar. Qeyd olunub ki, torpaqlarımız işğal altında ikən cəmiyyətin informasiyaların yayılması zəminində baş verə biləcək olaylara adekvat reaksiyasının formalaşması önəmlidir. Bildirilib ki, layihə çərçivəsində Zaqatalada, Şəmkirdə dəyirmi masalar təşkil olunub. Növbəti tədbirin Bərdədə keçirilməsi nəzərdə tutulub. 








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar