Rusiya və Azərbaycan gənclərinin iştirakı ilə dəyirmi masa

Xəbər verildiyi kimi, Moskvada Rusiyanın D.Lixaçov adına Mədəni və Təbii İrs üzrə Elmi Tədqiqat İnstitutu ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəddə birgə layihələrin həyata keçirilməsi, tədqiqatların aparılması, qarşılıqlı informasiya dəstəyinin göstərilməsi və digər məsələlər əksini tapıb.
Oktyabrın 28-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) memorandum üzrə ilk birgə layihə - “Rusiya və Azərbaycan gənclərinin mədəni üstünlükləri və dəyər istiqamətləri: müasir vəziyyət və dövlət mədəniyyət siyasətinin meyarları” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə D.S.Lixaçov adına Mədəni və Təbii İrs üzrə Elmi Tədqiqat İnstitutunun, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları iştirak edib.
Qloballaşma və informasiya münaqişəsi şəraitində mədəniyyət siyasətinin aktual məsələləri müzakirə olunub, bu sahədə görülmüş işlər üzrə təcrübə və fikir mübadiləsi aparılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar