Noyabrın 2-də Azərbaycan İstiqlal Muzeyində bu ilin aprel döyüşlərində həlak olan polkovnik Vüqar Yusifovun xatirəsinə həsr edilmiş tədbir keçirildi. Tədbirdə Milli Qvardiyanın əsgərləri iştirak edirdi.

Dövlət himni səsləndirildikdən sonra tədbiri açan muzeyin direktoru Fəridə Şəms bildirdi ki, qəhrəman vətən övladlarını anmaq məqsədilə muzey tərəfindən “Torpaq, uğrunda ölən varsa, vətəndir!” adlı layihə həyata keçirilir. Layihə çərçivəsində Bakı şəhər məktəblərində, hərbi hissələrdə müxtəlif tədbirlər təşkil olunur.
Şəhid Vüqar Yusifov haqqında məlumat verən F.Şəms qeyd etdi ki, o, 2 noyabr 1976-cı ildə Şəmkir rayonunun Şiştəpə kəndində dünyaya göz açıb. Türkiyədə Quru Qoşunları Ali Hərbi Məktəbində təhsil alıb. Azərbaycana qayıtdıqdan sonra Müdafiə Nazirliyinin N saylı xüsusi təyinatlı hərbi hissəsində bölük komandiri kimi fəaliyyətə başlayıb, xüsusi təyinatlı alayın qərargah rəisi vəzifəsinə qədər yüksəlib. Bu il mart ayının 19-da polkovnik rütbəsi alıb. Aprelin 4-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Millət vəkili Mahir Ağazadə çıxış edərək Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən, minlərlə vətən övladının bu yolda şəhidlik zirvəsinə ucalmasından danışdı: “Bu gün anım gününə toplaşdığımız Vüqar Yusifov da vətən torpağının düşməndən azad edilməsi uğrunda şəhid olub. Qədirbilən xalqımız heç vaxt qəhrəman övladlarını unutmayacaq. Onların xatirəsi daim yüksək tutulacaq”.
Sonra şəhid polkovnikin döyüş yoldaşı Anar Hüseynli, qohumu Əliyar Fərzəliyev və başqaları çıxış edərək onunla bağlı xatirələrini bölüşdülər.
Çıxışlardan sonra Vüqar Yusifova həsr olunan sənədli film nümayiş olundu. Filmdə şəhidin ailə üzvləri və qohumlarının qəhrəman döyüşçü və komandirlə bağlı xatirələri dilə gətirilir.
Sonda tədbir iştirakçıları Vüqar Yusifovun şəxsi əşyalarının nümayiş olunduğu sərgiyə baxdılar.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar