Türkiyənin Antalya şəhərində keçirilən və oktyabrın 30-da başa çatan “Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisindəki Azərbaycan pavilyonu birinci yer tutub. Azərbaycan pavilyonu birinciliyi eksteryer və interyer bağçası nominasiyasında əldə edib. Bu kateqoriyada birinci yeri Azərbaycanla yanaşı, Çin, Almaniya, Koreya Respublikası, Qətər, Tailand və Yaponiya pavilyonları bölüşüb.
Azərbaycan milli pavilyonu Heydər Əliyev Mərkəzinin dəstəyi ilə qurulmuşdu.
Milli pavilyonda ölkəmizin zəngin faunası, unikal biomüxtəlifliyi və bağçılıq mədəniyyəti nümayiş etdirilib, həmçinin Azərbaycana həsr olunan sənət növlərindən ibarət sərgilər təqdim edilib.
Eksteryer və interyer bağçası kateqoriyası üzrə ikinci yeri Nepal, Macarıstan, İtaliya, Yaponiya, Niderland, Sinqapur, üçüncü yeri Gürcüstan, Qazaxıstan, Keniya, Türkmənistan və Hindistan tutub.
“Antalya Ekspo 2016”nın təşkilat komitəsinin sədri, Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik bildirib ki, aprelin 22-də açılan sərgi 191 gün ərzində 4,5 milyondan artıq yerli və əcnəbi ziyarətçi qəbul edib.










Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar