![](/img/news/700x420/16496.jpg)
Vaqif Səmədoğlu insan-cəmiyyət münasibətlərinin dərinliklərinə nüfuz etməyi bacaran mütəfəkkir bir sənətkardır. Milli mənbələrə çox bağlı olduğu üçün onun yaradıcılığı zəngin və qüvvətlidir. Pyesləri tutarlı, kəskin sözlər və məsəllərlə doludur. Xalq ləhcəsindən, şivəsindən böyük ustalıqla istifadə edən ədibin özünəməxsus yumoru, üslubu əsərlərində xüsusi maraq doğurur.
“Dramaturgiya” kitabının birinci cildinə “Bəxt üzüyü”, “Köhnə yəhudi mahnısı”, “Qalib”, “Yayda qartopu oyunu”, ikinci cildinə isə “Generalın son əmri”, “İntihar”, “Yaşıl eynəkli adam - 1”, “Yumurta” və digər əsərlər daxildir.