1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldur dəstələri və onların havadarları tərəfindən bütün Xocalı şəhəri - canlısı, cansızı, yeri, göyü ilə birlikdə təcavüzə məruz qaldı. İnsanların, torpağın, dağın, daşın bağrı yandı, ciyərləri od tutdu. Məhv edilənlər içərisində yenə əsas hədəflərdən biri mədəniyyət abidələri idi. 
      
   Xocalı Azərbaycan ərazisində qədim yaşayış məskənlərindən biri, ulu türklərin dədə-baba yurdu idi. Xocalı ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngindir. Məhz bu qədimlik onun hər daşında, torpağında, zəngin mədəniyyət və tarixində büruzə verirdi.
   Təəssüflər olsun ki, bütün Qarabağda olduğu kimi, buradakı mədəniyyət abidələrimizin, tarixi yurd yerlərimizin qeydinə zamanında qala bilmədik. Bu yerlərdəki zəngin maddi-mədəniyyət nümunələrimiz də erməni işğalına məruz qaldı, yağmalandı, talan edildi. Bu çirkin niyyət, mənfur siyasət erməni daşnakları tərəfindən ötən əsrin əvvəllərindən başlayaraq uzun əsrin sonuna kimi davam edib. Düşmənlərimiz əl atdıqları iyrənc işlər, hiyləgər siyasətlə zaman-zaman xalqımıza qarşı bədnam niyyətlərini sürdürüb, xain əməllərini yaltaqcasına həyata keçiriblər.
   Ulu yurd yerimiz olan Xocalıdan tapılan tarixi eksponatları, mədəniyyət nümunələrimizi yağmalayaraq “erməniləşdirib” dünya muzeylərinə təqdim edən bədxah qonşularımız bu gün də iyrənc əməllərini davam etdirirlər. Oğurluğu özlərinə başlıca peşə seçən ermənilər tarixi torpaqlarımızın hər qarışından, hər abidəsindən, mədəniyyətindən öz uydurmalarına haqq qazandırmaq üçün istifadə ediblər. Azərbaycan tarixinin qədim Albaniya dövlətinin mövcud olduğu dövrünü və xalqımızın dini inanclarını əks etdirən qədim zərdüştlük, atəşpərəstik, animizm kimi dini təsəvvürlərinə əyani sübutlar hamısı Xocalı daş abidələrində, siklop tikililərin qalıqları, kurqan qəbirlərində tapılıb. Gördükləri bütün bu tarixi-mədəni zənginliklərdən paxıllıq hissi keçirən ermənilər tariximizə, mədəniyyətimizə qarşı qatı hərisliklə yanaşaraq, özlərinə müxtəlif üsullarla saxta mədəniyyət, tarix formalaşdırmaq yolunda ifrat hərəkətlərdən çəkinməyiblər.
   Azərbaycanın bütün tarixi dövrlərinə xas olan gözəl mədəniyyət və tarix nümunələrini özündə əks etdirən Xocalı eyni zamanda müqəddəslər diyarı idi. Dağlarına, dərələrinə mövlanalar, şeyxlər, seyidlər nəfəsi çökən Xocalıda dini məzmun daşıyan “Övliya” türbəsi, Xocalı-Kümbəz (XIV əsr) dini-mədəni abidələri də şəhərə əvəzsiz gözəllik bəxş edib, tarixi memarlıq abidəsi kimi qorunub saxlanırdı. Amma azğın düşmənin hücumuna məruz qalan bu və digər saysız ibadətgahlar, abidələr erməni qansızları tərəfindən dinc əhaliyə verilən zülmlərdən heç də geri qalmayan vəhşətə məruz qaldı. Xalqımızın, onun mədəniyyətinin, mənəviyyatının, tarixinin ermənilər tərəfindən təhqirlərə, təcavüzlərə belə vəhşicəsinə məruz qalması bir daha onu sübut edir ki, bu varlıqlar tarix boyu sivilizasiyadan kənarda qalmaqla hər zaman mədəniyyətdən, mənəviyyatdan aclıq, korluq çəkiblər.
   Normal yaşayış tərzinə yad olan bu ünsürlər çox güman ki, xüsusilə son illər ölkəmizin sürətli tərəqqisini, o cümlədən mədəni inkişafını görərək bundan hədsiz rahatsızdırlar. Çünki bilirlər ki, əzəl-axır biz o torpaqlara dönəcəyik, dağıdılan tarixi-mədəni abidələrimizi bərpa edib, yurd yerlərimizi yenidən quracağıq.
   
   Eldar İbrahimoğlu







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar