Tanınmış türkoloq alim, Gürcüstan Universitetinin Himayədarlar Şurasının sədri, Qafqaz Dostluq Evinin rəhbəri, Gürcüstan prezidentinin anası Giuli Alasaniya gələn həftə Bakıda keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət almasından məmnun qaldığını və bu mötəbər tədbirin işində böyük məmnuniyyətlə iştirak edəcəyini bildirib.
   Bakının bu cür əzəmətli beynəlxalq məclislərin keçirilməsi üçün layiqli şəhər olduğunu vurğulayan xanım Alasaniya deyib: “Bakı sözün həqiqi mənasında gündən-günə gözəlləşir. O, dünyanın gözəl şəhərləri sırasındadır. Azərbaycanın dövlət başçısının balanslaşdırılmış siyasəti öz bəhrəsini verir. Ölkənin iqtisadi potensialı yüksəlir, siyasi sahədə uğurlar getdikcə genişlənir. Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi üçün məhz Azərbaycan paytaxtının seçilməsi buna əyani sübutdur. Forumda müxtəlif ölkələrin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, çoxlu sayda rəsmi qonaqlar iştirak edəcəklər”.
   UNESCO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı və digər nüfuzlu beynəlxalq təşkilatların yekdil qərarı ilə keçiriləcək bu Forum iştirakçıların tərkibinə, beynəlxalq qurumların sayına və formatına görə dünya səviyyəli tədbirdir. Bu nəcib təşəbbüsü dəstəkləyənləri alqışlayır, azərbaycanlı dostlara müvəffəqiyyət arzulayıram”.
   Xatırladaq ki, xanım Alasaniya bu yaxınlarda Bakıda səfərdə olub, bir sıra təşkilatlarda, dövlət qurumlarında, o cümlədən Mədəniyyət və Turizm Nazirliyində görüşlər keçirib.







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar