Tarix və mədəniyyətin yaddaş salnaməsini qoruyub saxlamaq, yaşatmaq və gələcək nəsillərə çatdırmaq muzey işçilərinin qarşısında duran başlıca vəzifələrdən biridir. Ağstafa rayon Tarix-Diyarşünaslıq Muzeyində bölgənin zəngin keçmişini əks etdirən eksponatlar nümayiş olunur. Muzeydəki əşyalar müxtəlif tarixi dövrləri əhatə edir. Burada dulusçuluq, misgərlik, xarratlıq nümunələri, sənətkarlıq və toxuculuqla bağlı və s. əşyalar da nümayiş olunur. Bu əşyalar keçmişimizdən, ulu babalarımızdan bizə miras qalmış mədəni-mənəvi sərvətimizdir. Bu gün muzeylərimizin hər biri ziyarətçi ilə danışan, onu düşünməyə vadar edən mədəniyyət ocağıdır, mənəvi tərbiyə məkanı, elmi araşdırma mərkəzidir.
   Bu günlərdə “Beynəlxalq muzeylər günü” respublikamızın bütün bölgələrində olduğu kimi, Ağstafada da qeyd olunub. Muzeyin həyətində sərgi təşkil olunub, geniş konsert proqramı göstərilib. Xalqımızın bir çox adət-ənənələrini özündə birləşdirən xalq nəğmələri və bayatılardan ibarət kompozisiya təqdim olunub.
   
   Yeganə Əhmədova,
   Ağstafa rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar