Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyası Şamaxı rayonunda VIII əsrə aid Gülüstan qalasında arxeoloji qazıntılara başlayıb. Ekspedisiyanın rəisi Akif Quliyev deyib ki, Gülüstan qalasında aparılan tədqiqatlar orta əsr Şirvanşahlar dövləti, eləcə də Azərbaycan tarixinin qaranlıq səhifələrinin öyrənilməsində mühüm yer tutur.
   Gülüstan qalası arxeoloji turizmin inkişafı baxımından da böyük əhəmiyyət kəsb edir. Bu, təkcə regionun deyil, ümumilikdə Azərbaycanın beynəlxalq aləmdə tanınmasında əhəmiyyətli rol oynaya bilər. Gələcəkdə bu abidənin konservasiya və bərpası Azərbaycana gələn turizm axınını gücləndirəcək.







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar